24 Oktyabr, 2019
Hacıqabul sakinindən silah götürülüb

Hacıqabulda qanunsuz silah aşkar edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Simsar.az - a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qarağac kənd sakini E.Nəsirovdan müvafiq sənədləri olmayan “İJ-52” markalı ov tüfəngi aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!