23 Oktyabr, 2019
Hacıqabulda yük maşını məmuru vurub öldürdü

Hacıqabul rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 128-ci kilometrliyində, Hacıqabul rayonunun Muğan qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Abbasov İbrahim Eldəniz oğlu idarə etdiyi "DAF" markalı yük avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən, Bərdə rayon sakini, 1956-cı il təvəllüdlü Qocamanov Zöhrab Böyükkişi oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hadisə nəticəsində ölən Z.Qocamanov Tərtər rayon İcra Hakimiyyətinin Ulu Qarabəyli kənd Ərazi İcra Nümayəndəliyinin rəhbəridir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!