10 Oktyabr, 2019
Ağsuda müəllim dərs zamanı ölüb

Ağsu rayonunda müəllim dərs zamanı ölüb. Hadisə Ağsu şəhər 4 saylı tam orta məktəbində baş verib. Belə ki, həmin məktəbin əmək təlimi müəllimi Şeydayeva Rəhilə dərs zamanı, sinif otağında birdən huşunu itirərək yerə yıxılıb. Hadisə yerinə Təcili Tibbi Yardım Stan siyasının həkimləri çağırılıb. Onun ürək tutmasından dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı araşdırmalara başlanılıb.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!