10 Oktyabr, 2019
Azərbaycan vətəndaşlarını Kərbəla ziyarətinə aparan avtobus yanıb

İranın  Xuzistan əyalətinin Əhvaz şəhəri yaxınlığında Azərbaycan vətəndaşlarını Kərbəla ziyarətinə aparan avtobus yanıb. İranın Əhvaz rayon İcra Hakimiyyətinin Yanğınsöndürmə Və Təhlükəsizlik Xidmətləri İdarəsinin direktoru İbrahim Qənbəri bildirib ki, yanğına avtobusun elektrik naqillərində yaranmış nasazlıq səbəb olub.

Qeyd edilib ki, hadisə yerinə dərhal yanğınsöndürmə briqadası cəlb olunub və avtobusun bütün sərnişinləri təxliyə edilib. Hadisə zamanı bir qadın tüstüdən zəhərlənərək, xəstəxanaya yerləşdirilib.(apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!