10 Oktyabr, 2019
Macarıstan - Azərbaycan oyununun hakimləri açıqlanıb

AVRO-2020-nin seçmə mərhələsinin Macarıstan - Azərbaycan oyununun hakimləri açıqlanıb. Qarşılaşmanı hollandiyalı referilər idarə edəcəklər.

Oktyabrın 13-də Budapeştdə baş tutacaq görüşün baş hakimi Dennis Higler olacaq. Ona Yohan Balder və Joost van Zuilen kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Bas Nijhuis yerinə yetirəcək.(apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!