10 Oktyabr, 2019
Bakı–Quba yolunda dəhşətli qəza - 3 ölü

Xızı rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Simsar.az Azərtac-a istinadən xəbər verir ki, Bakı–Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 52-ci kilometrliyində baş verən qəza zamanı “VAZ 2107” markalı avtomobil iki yük maşınının arasında qalıb. Nəticədə həmin avtomobildə olan bir kişi və iki qadın ölüb. Faktla bağlı araşdırma aparılır.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!