10 Oktyabr, 2019
Vurulan süpürgəçi öldü - YENİLƏNİB

Səhiyyə Nazirliyindən verilən məlumata görə, süpürgəçi qadın xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

***

Bakıda süpürgəçini maşın vurub. Simsar.az “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında aeroport yolunda, Olimpiya stadionunun yaxınlığında baş verib. Sabunçu rayon Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşı olan süpürgəçi qadın yolu süpürərkən onu maşın vurub.

Yaralı süpürgəçi Sabunçu rayon 3 saylı xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti yaxşıdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!