10 Oktyabr, 2019
Türk düşmənlərinin Xocalı soyqırımına aid fotolardan istifadə cəhdi ifşa olunub

Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Fərət çayının şərqində başladığı “Barış Pınarı" antiterror əməliyyatı haqqında dünya ictimaiyyətində yanlış fikir formalaşdırmaqda maraqlı olan düşmən qüvvələr sosial şəbəkədə saxta məlumatlar yaymağa başlayıblar.

Bu səpkili məlumatların birində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırımına aid orijinal fotodan istifadə olunub. Sosial şəbəkə izləyicilərini aldatmağa çalışaraq yazıblar ki, guya bu fotolar Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində həyata keçirdiyi “Zeytun budağı” və “Fərat qalxanı” antiterror əməliyyatları zamanı çəkilib. Türkiyə KİV-ləri fotoların Xocalı soyqırımına aid olduğu barədə məlumat yayaraq yalanı ifşa ediblər.//Azərtac

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!