9 Oktyabr, 2019
Türkiyə ordusu Suriyanın şimalında hərbi əməliyyatlara başlayıb

Türkiyə Silahlı Qüvvələri Suriyaya daxil olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter”də bildirib ki, Türkiyə ordusu Suriyanın şimalında hərbi əməliyyatlara başlayıb. “Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında PKK/YPG və İŞİD terror təşkilatlarına qarşı “Barış Pınarı” hərəkatına başlayıb. Məqsədimiz cənub sərhədlərimizdəki terror dəhlizini məhv etmək və regiona sülh gətirməkdir”, - deyə Türkiyə Prezidenti qeyd edib.(apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!