8 Oktyabr, 2019
AzTV-də kadr islahatları davam edir

"Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Rövşən Məmmədov tərəfindən kadr islahatları davam etdirilir. QSC-nin Baş prodüseri Hikmət Yaqubov tutduğu vəzifədən azad olunaraq “Mədəniyyət” kanalının direktor müavini təyin olunub.

Kanalın Bədii rəhbərinin müavini Nazilə Babayeva isə QSC-nin Baş prodüseri vəzifəsinə təyinat alıb. Əməkdar incəsənət xadimi Ülviyyə Kərimova QSC-yə Baş rejissor təyin edilib. QSC sədri tanınmış jurnalist Rövşən Binnətliyə isə “İdman” kanalının direktor müavini postunu həvalə edib.

QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Aslanov xəbəri  təsdiqləyib.

Xatırladaq ki, Rövşən Məmmədova qurumun rəhbərliyi tapşırıldıqdan sonra AzTV-də köklü islahatlara start verilib. Kanalın simasında xeyli dəyişikliklər edilib, ciddi kadr islahatları aparılıb, yeni layihələrə start verilib.(apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!