8 Oktyabr, 2019
Xəzərdə dörd balıqçı itkin düşdü

Oktyabrın 8-də gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədilə dörd balıqçı dənizə çıxıb və təyin olunan vaxtda geri qayıtmayıblar. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Axtarışlara FHN-nin Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!