8 Oktyabr, 2019
Deputatlar bu gün toplaşır

Azərbaycan Milli Məclisinin bu gün növbəti plenar iclası keçiriləcək. İclasın gündəliyinə 13 məsələ daxildir. Bunlar "Dövlət rüsumu haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekuroslarının dövriyyəsi haqqında", "Lisenziyalar və icazələr haqqında", "Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə qaydası haqqında" və s. qanunlara, eləcə də İnzibati Xətalar, Cəzaların İcrası məcəllələrinə dəyişiklik layihələridir. Layihələr II və III oxunuşda müzakirə ediləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!