7 Oktyabr, 2019
Xəzərdə dalğanın hündürlüyü 4,6 metrə çatıb - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli idrometeorologiya  Departamentindən bildirilib ki, saat 17:00-a olan məlumata əsasən, şimal-qərb küləyinin sürəti Sumqayıtda 34, Bakıda 33, Tərtər, Tovuz, Bərdə, Pirallahıda 25, Neft daşlarında 23, Ağdam, Maştağa, Ağstafada 22, Nabranda 20, Binədə 19 m/s-dək güclənib. Dalğanın hündürlüyü 4,6 metrə çatıb, Şabran, Quba, Qusarda yağış yağıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!