7 Oktyabr, 2019
Bağdadda yeni toqquşmalar olub, ölənlər var

Bağdadda ötən gün axşam keçirilən etiraz aksiyaları zamanı azı 15 nəfər ölüb. “Report” “Shafaq”a istinadən xəbər verir ki, “ifrat güc tətbiqi” səbəbindən paytaxtın şərq bölgəsindən bütün ordu hissələrini çıxararaq əvəzinə federal polis bölmələri yeritmək qərarı verilib.

Bununla yanaşı, qanun pozuntularına yol verən zabitlərin saxlanıldığı bildirilir.

Xatırladaq ki, oktyabrın 5-də ölkə boyu keçirilən etiraz aksiyaları zamanı 100 nəfərin öldürüldüyü, 4 minə yaxın şəxsin də xəsarət aldığı bildirilmişdi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!