10 İyun, 2011
Orjinal "Abituriyent"lə saxtasını necə ayırmalı...

 Məleykə Abbaszadə: "Abituriyentlər və valideynlər üz qabığına əl vurmaqla bunu hiss edə bilərlər"

“Bizim “Abituriyent” jurnallarının saxtalaşdırılması prosesi yenə də davam edir”. 

Simsar.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə bildirib ki, orijinal “Abituriyent” jurnalının üz qabığında qabarıqlıq var. Abituriyentlər və valideynlər üz qabığına əl vurmaqla bunu hiss edə bilərlər: “Saxta jurnallardan yararlanan abituriyentlər ciddi problemlərlə üzləşəcəklər. Bu jurnalın üz qabığı bizim builki jurnalın üz qabığı olsa da, içərisindəki məlumatlar, ixtisasların kodları və s. keçən ilə aiddir. Ona görə də mən abituriyentlərə və valideynlərə bir daha diqqətli olmağı tövsiyə edirəm”.

TQDK sədri hər il “Abituriyent” jurnalının saxtalaşdırılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini də açıqlayıb. Hüquq-mühafizə orqanları isə hər il belə jurnal buraxanların birini həbs edir, növbəti il digəri başlayır”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!