4 Oktyabr, 2019
Binəqədidə qaz xətti zədələndi

Dünən gecə saatlarında “Azəriqaz” İstehsalat Birliyinin 104 Operativ Xidmətinə Binəqədi rayonu Binəqədi qəsəbəsi, 3-cü Mədən “korpus 124” ünvanında avtomobillə qaz xəttinin zədələnməsi barədə məlumat daxil olub.

Birlikdən verilən məlumata görə, hadisə yerinə baxış keçirən Birliyin əməkdaşları qəza nəticəsində qaz xəttinin qırıldığını və iki qaz sayğacının yararsız hala düşdüyünü aşkarlayıblar.

Qeyd edək ki, xəttin qırılması nəticəsində həmin ünvanda 40 abonentin qaz təchizatı dayandırılıb. Artıq səhər saatlarından kəmərin bərpası istiqamətində işlər aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!