4 Oktyabr, 2019
Vilayət Eyvazovdan yeni - TƏYİNAT

Tovuz Regional Mühafizə İdarəsinə yeni rəis təyin edilib. Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polkovnik-leytenant Əsgərov Elçin Adil oğlu bu vəzifəyə gətirilib. E.Əsgərov bundan əvvəl Tovuz Rayon Rolis Şöbəsində əməliyyat işləri üzrə rəis müavini işləyib.

Qeyd edək ki, Tovuz Regional Mühafizə İdarəsinin rəisi, polkovnik-leytenant Seymur Sadıqov bir müddət əvvəl Baş Mühafizə İdarəsinin Gəncə Regional Mühafizə İdarəsinə rəis təyin olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!