4 Oktyabr, 2019
Fuad Ələsgərov: “Yeni qanunvericilik paketi üzrə iş yekunlaşmaq üzrədir”

“Hazırda məhkəmə-hüquq islahatlarının davam etdirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarının, məhkəmə sisteminin əməkdaşlarından ibarət işçi qruplar fəaliyyət göstərir”. Bunu Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov Azərbaycan Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə, Azərbaycanda vəkillik peşəsi ilə bağlı yubiley tədbirlər çərçivəsində “Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, yeni qanunvericilik paketi üzrə iş yekunlaşmaq üzrədir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!