2 Oktyabr, 2019
11 gündür itkin düşən tələbə tapıldı

11 gündür itkin düşən Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi Əsədulla Cəfərov tapılıb. Bu barədə Oxu.Az-a tələbənin atası Əfqan Cəfərov məlumat verib.

Onun sözlərinə polislər oğlunun yerini müəyyənləşdirib: “Hər şey yaxşıdır. Oğlum sağ-salamatdır. Polislər artıq yerini müəyyənləşdirib. Sabah polislər həmin yerə gedib oğlumu götürəcək”.

Qeyd edək ki, Əsədulla Cəfərovun evi tərk etməsinə bu il təhsil haqqını ödəyə bilməməsi və kəsirinin olması səbəb olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!