2 Oktyabr, 2019
Ucarda ana və azyaşlı qızı itkin düşdü - FOTO

Ucarda ana və azyaşlı qızı itkin düşüb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, rayonun Qaracallı kənd sakini Samirə Xəlilova qızı Zəhra Xəlilova ilə sentyabrın 10-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Şəkildə gördüyünüz şəxsləri tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin, Ucar Rayon Polis Şöbəsinə 020-213-00-53 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!