1 Oktyabr, 2019
Slovakiyanın Azərbaycanda səfirliyi açıldı

Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Slovakiyanın Azərbaycana yeni təyin olunmuş müvəqqəti işlər vəkili Elçin Qasımovu qəbul edib. XİN-dən verilən məlumata görə, görüşdə Elçin Qasımov Slovakiyanın Xarici və Avropa İşləri üzrə Nazirliyi tərəfindən ünvanlanmış notanı Pərvin Mirzəzadəyə təqdim edib.

Notada verilmiş məlumata əsasən, 2019-cu ilin 1 oktyabr tarixindən etibarən Slovakiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayır. Səfir Pərvin Mirzəzadə Slovakiyanın Azərbaycanda səfirliyinin açılmasının iki ölkə arasında əməkdaşlığın və dostluğun daha da genişləndirilməsi və irəlilədilməsinə təkan verəcəyini bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!