30 Sentyabr, 2019
Fədayə Laçın azadlığa çıxır

Bu gün Bakı Apellyasiya Məhkəməsində məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Qərara əsasən Fədayə Laçının cəzası iki ilə endirilib.  Beləliklə, F.Laçının həbs müddəti oktyabrın 23-də başa çatacaq.

Qeyd edək ki, müğənni 2017-ci il oktyabrın 23-də həbs olunmuşdu. Buna qədər F.Laçının məhkəmə iclası 12 dəfə təxirə salınıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!