28 Sentyabr, 2019
Bakıda kafenin damından meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda kafenin damından 1 nəfərin meyitinin götürülməsi üçün müraciət daxil olub.

FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1933-cü il təvəllüdlü Dubovik Eduard Adamoviçin meyitini aşağı endirərək aidiyyəti üzrə təhvil veriblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!