26 Sentyabr, 2019
İstanbulda güclü zəlzələ - 6 bala yaxın

Son dəqiqə İstanbulda güclü zəlzələ baş verib. Trend-in məlumatına görə, yeraltı təkanlar 5,8 bal gücündə olub. Məlumata görə, zəlzələ yerin 6 kilometr dərinliyində qeydə alınıb. Hazırda məktəblərdə dərlərin dayandırılması barədə bildirilir. Hər hansı dağıntı və ya insan tələfatı barədə isə hələ məlumat yoxdur.

Qeyd edək ki, sonuncu dəfə sentyabrın 24-də İstanbulda daha bir güclü zəlzələ olmuşdu, yeraltı təkanlar 4,7 bal gücündə qeydə alınmışdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!