26 Sentyabr, 2019
Jak Şirak vəfat edib

Fransanın sabiq prezidenti Jak Şirak 87 yaşında vəfat edib.  Bu barədə Fransa KİV-i məlumat yayıb. Qeyd edək ki, J.Şirak 1995-2007-ci illərdə Fransanın prezidenti olub.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncamla Jak Şirak Fransa ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!