10 İyun, 2011
İmtahanların keçiriləcəyi binaların təhlükəsizliyi hansı səviyyədədir?

Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən tədbirlər görülür

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, tələbə qəbulu kompaniyasının əsas mərhələlərindən biri imtahanlarla bağlı tədqiqat işlərinin həyata keçirilməsidir. 

Bu istiqamətdə il boyu aparılan tədbirlər artıq yekunlaşmaq üzrədir. TQDK tərəfindən respublikanın müxtəlif şəhərlərində 2011-ci ildə qəbul imtahanları keçirilməsi nəzərdə tutulan 150-dən artıq binaya baxış keçirilib. Həmin binaların imtahanlara yaradığı müəyyən edilib, texniki post pasportları dəqiqləşdirilib. İmtahan binaları haqqında yenilənmiş məlumat imtahan yerləri bazasına daxil olunub.

TQDK tərəfindən qəbul imtahanlarına yararlı hesab edilmiş binaların təhlükəsizlik baxımından yoxlanılması istiqamətində hazırda Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!