24 Sentyabr, 2019
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ABŞ-ı hədələyib

“Düşmən İrana hərbi təcavüz etməkdə acizdir”.  Bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri deyib.  O bildirib ki, düşmən hərbi təcavüz etməkdə aciz olduğu üçün, bu gün iqtisadi təzyiqlərə və iqtisadi terrora əl atıb: “İran xalqı vəhdət və birliyi ilə bu çətinliklərin öhdəsindən gələcək. Bizim düşmənlərimizə, yəni ABŞ və İsrailə təklifimiz aydındır. Onlara açıq şəkildə elan edirik ki, əgər İran xalqına qarşı təcavüzkar addımlar atsalar, qətiyyətlə ABŞ pilotsuz uçuş təyyarəsi və Böyük Britaniya gəmisinin başına gətirdiyimizi, onların da başına gətirəcəyik”.

İranlı general qeyd edib ki, İrana təcavüzün nəticəsi onların məhvi ilə nəticələnəcək. O vurğulayıb ki, İranın islam ölkələri ilə düşmənçiliyi yoxdur: “Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri regionda bizim əleyhimizə çirkli planlar çəkirlər. Onlar öz yollarını azıblar, gərək bu yoldan geri dönsünlər. İran və Səudiyyə Ərəbistanı birlikdə regionda sabitlik yarada bilərlər”.(apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!