24 Sentyabr, 2019
Yevlaxda ağır qəza: ölən və yaralananlar var

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Yevlax-Şəki yolunun Xanabad kəndindən keçən hissəsində qeydə alınıb. “Pikap” markalı maşınla “VAZ 2106” markalı avtomobil toqquşub.

Nəticədə, “VAZ”da olan, Şəki şəhər sakini, 1957-ci il təvəllüdlü Məmmədkərimov Mövsüm Əli oğlu ölüb. Xəsarət alanlar isə Şəki Şəhəri Böyük Dəhnə kənd sakinləri – 1992-ci il təvəllüdlü Allahverdiyev Orxan Nofəl oğlu, 1986-cı il təvəllüdlü Məmmədkərimov Əli Mövsüm oğlu, 1988-ci il təvəllüdlü Pirməmmədov Tural Namiq oğlu və 1991-ci il təvəllüdlü Məmmədkərimov Mahal Mövsüm oğludur. Ölən və xəsarət alanların hamısı “VAZ 2106” markalı avtomobildə olub. Faktla bağlı araşdırma aparılır.(oxu)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!