24 Sentyabr, 2019
Mahir Mehdi "...ötür məni özüməcən..."

... Ayağın

yola dartılıb,

uzandı qulağın səsə.

Sayıb çoxaltdın üzünü,

demədim,

səni heç kəsə.

Uzun oldu bu qafaya

fikirlərin ən qısası.

Yazdığın

beş - altı şeir

sözlərin abort masası.

İşıqlaşdı hər yan gecə,

qaranlıq

açıldı səhər.

Sözlərin boyda kiriyib,

danışdın

sükutun qədər.

... Yığışdır,

olanlarını

bir - bir elə özünə cəm.

Ayaqlarımı geyinib,

ötür məni

özüməcən...

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!