23 Sentyabr, 2019
21 yaşlı gənc narkotik vasitənin təsirindən ölüb - BAKIDA

Bakıda 21 yaşlı gənc narkotik vasitənin yüksək təsirindən ölüb. Hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Belə ki, 1998-ci il təvəllüdlü M.Quliyev yaşadığı evdə narkotik vasitənin yüksək təsirindən dünyasını dəyişib.

Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!