23 Sentyabr, 2019
Həftəiçi hava necə olacaq?

Yaxın 3-4 gün ərzində ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib ki, yaxın 3-4 gün ərzində ölkə ərazisində hava şəraiti nisbətən mülayim və sabit keçəcək: “Bakı və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti müşahidə olunacaq. Axşam və gecə saatların hava arabir tutulacaq. Yarımadanın bəzi ərazilərində ayın 24 və 25-də gecə saatlarında qısamüddətli yağış yağma ehtimalı var. Gün ərzində isə yağmursuz hava müşahidə olunacaq”.

Direktor bildirib ki, ölkə ərzisində zəif və mülayim şimal-qərb küləyi əsəcək. Küləyin sürəti saniyədə 5-10 metr, arabir 13-14 metr təşkil edəcək. Havanın temperaturu sentyabr ayının iqlim normasına yaxın olacaq.

Günorta saatlarında paytaxtda 23-27 dərəcə isti gözlənilir. Yaxın iki-üç gün ərzində Abşeron Yarmadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün də əlverişsiz hava şəraiti kimi də qiymətləndirilə bilər.

Respublikanın əksər rayonlarında hava şəraiti yağmursuz keçəcək. Lakin bəzi şimal-şərq rayonlarında gecə saatlarında yağış yağacağı istisna edilmir. Aran rayonlarında maksimal temperatur 25-30, dağlıq ərazilərdə isə 13-18 dərəcə isti olacaq”.(oxu)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!