21 Sentyabr, 2019
Kərbəlada sərnişin avtobusu partladıldı - 12 nəfər ölüb

İraqın Kərbəla şəhərində sərinişinlə dolu mikroavtobus partladılıb. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər ölüb, bir neçə nəfər yaralanıb. İlkin məlumata görə,  partlayıcı qurğu avtobusa Kərbəlanın girişində nəzarət məntəqəsinin yaxınlığında yerləşdirilib.

Hücuma görə məsuliyyəti hələlik heç bir terror qruplaşması üzərinə götürməyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!