20 Sentyabr, 2019
Gecə bu yol bağlanacaq

Bağırov körpüsünün altında təmir işləri aparılacaq. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə gecə saat 00:00-dan səhər saat 05:00-dək Heydər Əliyev prospektinin üzü şəhər istiqamətində yan yolunda, Bağırov körpüsünün alt hissəsindən keçən tuneldə elektrik sistemində olan nasazlıqların aradan qaldırılması üçün işlər aparılacaq. Bununla əlaqədar olaraq sözügedən hissədə nəqliyyatın hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən (AAYDA) bildirilib. AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş edir və alternativ yol kimi prospektin əsas yolundan istifadə etmələri tövsiyə edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!