20 Sentyabr, 2019
Çin Azərbaycanda şin zavodu tikəcək

2020-ci ilin əvvəlindən Azərbaycanda şin zavodunun tikintisi planlaşdırılır. Bunu İqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir bildirib ki, zavodun tikintisini Çinin CNEEC şirkəti həyata keçirəcək:

“Yeni zavodun Sumqayıt kimya-sənaye parkının ərazisində tikilməsi planlaşdırılır. Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması həyata keçirilir. Sənəd ilin sonunadək hazır olacaq”. Qeyd edək ki, CNEEC tikinti və mühəndislik sahələrində dünyanın ən iri şirkətlərindən hesab olunur.(trend)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!