20 Sentyabr, 2019
40 min manatlıq dələduzluq edən şəxs tutulub

Bakıda dələduzluqda təqsirləndirilən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az - a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakinləri İ.Ağayev və E.Axundzadə bu ilin iyul ayında Firdovsi adlı şəxsin onları aldadaraq ümumilikdə 34500 manat pul aldıqlarını bildiriblər. Keçirilmiş əməliyyat tədbirləri ilə dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Ələkbərov saxlanılıb.

Onun 2013-cü ilin oktyabr ayında paytaxt sakini olan daha bir qadını aldadaraq 5000 manatını alması da müəyyən edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!