20 Sentyabr, 2019
Ana iki azyaşlı övladı ilə birlikdə itib

Bakıda ana iki övladı ilə birlikdə itkin düşüb. Nizami rayon sakini Xəyal Babaşov Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək, arvadı - 1994-cü il təvəllüdlü Gülşən Babaşovanın azyaşlı övladları, 2016-cı il təvəllüdlü Fatimə Babaşova və 2013-cü il təvəllüdlü Xəyal Babaşovla birlikdə yaşadıqları evdən çıxıb getdiyini və geri qayıtmadıqlarını bildirib.

Daxil olan müraciət əsasında polis tərəfindən araşdırmalara başlanıb. Faktla bağlı axtarışlar davam etdirilir.(apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!