20 Sentyabr, 2019
Mehriban Əliyeva neftçiləri təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin imzalanmasının 25 ili ilə bağlı “Instagram” hesabında paylaşım edib.  Simsar.az- ın xəbərinə görə, paylaşımda deyilir:

“Əziz dostlar, 25 il əvvəl ölkəmizin iqtisadi müstəqilliyinin təməlini qoyan “Əsrin müqaviləsi” imzalanıb. Azərbaycanda neftçi peşəsi hər zaman şərəfli və hörmətli peşələrdən biri sayılıb və sayılır. Əziz neftçilər, biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik. Qəhrəmanlığa bərabər əməyinizə, fədakarlığınıza görə çox sağ olun. Sizi bu yubiley münasibətilə ürəkdən təbrik edirəm, sizə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayıram”.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!