19 Sentyabr, 2019
Avtomobil piyadanı vurub - BAKIDA

Nizami rayonunun Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 18-də saat 6 radələrində paytaxtın Nizami rayonunun Heydər Əliyev prospektində Tovuz rayon sakini S.Mahmudov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Rzabala Nizaməddinovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Nizami RPİ tərəfindən araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!