10 İyun, 2011
Paytaxt səmasında 20 helikopter

Müdafiə Nazirliyi hərbi parada hazırlaşır

26 iyun - Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə Azadlıq meydanında hərbi parad keçiriləcək. Artıq bu istiqamətdə hazırlıq işlərinə start verilib. Bu gün səhər saatlarında Bakıda parada hazırlıq məşqlərinə başlanılıb. Simsar.az-ın  məlumatına görə, 
Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) 20-yə yaxın helikopteri Azadlıq meydanı üzərindən keçməklə bir neçə dəfə dövrə vurub.
Müdafiə Nazirliyi hərbi parada hazırlıqla bağlı  rəsmi məlumat vermir.

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!