16 Sentyabr, 2019
Müsavatın qurultayının vaxtı bilindi

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix məlum olub. Bu barədə Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib. O bildirib ki,  Müsavat Partiyasının növbəti qurultayının oktyabrın 12-də keçirilməsi nəzərdə tutulur: “Gələn həftə isə Qurultaya hazırlıq üzrə təşkilat komitəsinin yığıncağı olacaq. Orada başqanlığa namizədlərin qabaqcadan irəli sürülməsi ilə bağlı təkliflər müzakirə olunacaq. Böyük ehtimalla namizədlərin irəli sürülməsi əvvəldən başlayacaq və qurultayın keçirilməsinə az qalmışa qədər davam edəcək”.

Qeyd edək ki, Müsavat Partiyasının 2014-cü ilin sentyabrında keçirilən qurultayında Arif Hacılı başqan seçilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!