16 Sentyabr, 2019
Bakıda daha bir yeniyetmə evdən qaçdı

Bakıda 17 yaşlı oğlan itkin düşüb. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. Xətai rayonu, G.Şıxlinski küçəsində yaşayan 2002-ci il təvəllüdlü Səfərov Nurlan İntiqam oğlu saat 15:00-da evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə hüquq-mühafizə orqanlarına onun atası Səfərov İntiqam məlumat verib. Faktla bağlı araşdıma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!