12 Sentyabr, 2019
“Ege hospital”da müalicə alan 20 yaşlı gənc ölüb

Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Ege hospital”da ölüm hadisəsi baş verib. “Report”un xəbərinə görə, hospitalda müalicə alan Sabirabad rayon sakini, 20 yaşlı Şamxal Məmmədov vəfat edib. Hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır. Məsələ ilə bağlı “Ege hospital”a müraciət edilsə də xəstəxanadan açıqlama almaq mümkün olmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!