10 İyun, 2011
Qənirə Paşayeva Makedoniyanın xarici işlər naziri ilə görüşdü

Millət vəkili Qənirə Paşayeva Makedoniyaya səfəri çərçivəsində həmin ölkənin xarici işlər naziri Antonio Milososki ilə görüşüb. 

Simsar.az-ın verdiyi məlumata görə, parlament seçkilərində qalib gələn Makedoniya Milli Birlik Partiyasının əsas liderlərindən biri olan A.Milososkini seçkilərdə qazandıqları uğur münasibəti ilə təbrik edən millət vəkili Q.Paşayeva qurulacaq yeni hökumətin Makedoniya-Azərbaycan münasibətlərinə xüsusi önəm verəcəyinə və ikitərəfli münasibətlərin, əməkdaşlığın genişləndirilməsi istiqamətində öz səylərini daha da artıracağına inandığını deyib.

Millət vəkili Makedoniyanın xarici işlər nazirinə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar da verib və onu yaxın zamanlarda Bakıda görməkdən məmnun olacaqlarını bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!