10 Sentyabr, 2019
Sami Yusuf “Nəsimi” kompozisiyası hazırladı - VİDEO

Azərbaycan əsilli Britaniya müğənnisi və bəstəkarı Sami Yusuf dahi şair İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında  kompozisiya hazırlayıb. Yeddi dəqiqəlik kompozisiya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə ərsəyə gəlib.

Sami Yusufun “Şur” muğamının ladları üzərində gəzişərək ərsəyə gətirdiyi “Nəsimi” kompozisiyası Nəsiminin 650 illik yubileyinə töhfə olaraq hazırlanıb. Sami Yusufun xor kollektivinin müşayiəti ilə ifa etdiyi kompozisuyada muğam hissələrini əməkdar artist Təyyar Bayramov və Samirə Əliyeva səsləndirib.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!