9 Sentyabr, 2019
Tanınmış jurnalistə vəzifə verildi

"Libraff" mağazalar şəbəkəsində yeni təyinat olub. "Xəzər” TV-dən tanıdığımız aparıcı Cəlalə Nəzəroğlu "Libraff" mağazalar şəbəkəsində rəhbərlik edəcək.

Bu barədə son vaxtlaradak "ASAN radio"da çalışan C.Nəzəroğlu özü sosial şəbəkədə məlumat verib. O, göstərilən etimada görə "GİLAN Holdinq" rəhbərliyinə, o cümlədən də Tale Heydərova təşəkkür edib.

"Dostlar, yeni vəzifəyə təyin olundum. Bundan sonra "Libraff" mağazalar şəbəkəsinə rəhbərlik edəcəm. Göstərilən etimada görə "GİLAN Holdinq" rəhbərliyinə, o cümlədən, Tale Heydərova təşəkkür edirəm". Tale Heydərov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğludur. O, iş adamı kimi tanınıb və bir çox şirkətlərə rəhbərlik edir.(modern)

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!