9 Sentyabr, 2019
İmişlidə avtomobil kanala aşdı, bir ailənin beş üzvü öldü

İmişlidə gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə rayonun Əliqulular kənd  ərazisində baş verib. İlkin məlumata  görə, minik avtomobili idarəetməni itirərək kanala aşıb. Qəza nəticəsində beş nəfərin öldüyü bildirilir. Ölənlərin şəxsiyyəti müəyyənləşib. Bunlar İmişli şəhərinin sakinləri,1969-cu il təvəllüdlü Məmmədov Etibar Əliağa oğlu, 1967-ci  il təvəllüdlü Məmmədova Mərziyə Əmiraslan qızı, 1991-ci iltəvəllüdlü Məmmədov Elnur Etibar oğlu, 1984-cü il təvəllüdlü Kərimova Afət Hüseyn qızı və əslən İmişlidən olub Bakıda yaşayan 1963-cü il təvəllüdlü Şamxalov İlqar Əliağa oğludur.  Faktla bağlı araşdırma davam etdirilir.(oxu)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!