6 Sentyabr, 2019
AŞPA-nın payız sessiyasının gündəliyi açıqlanıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sentyabrın 30-dan oktyabrın 4-dək keçiriləcək payız sessiyasının gündəliyi açıqlanıb. Qurumun Mətbuat xidməti xəbər verir ki, Avropa Şurasının 70 illiyinə həsr olunan və Assambleyanın sabiq sədrlərinin də iştirakı ilə keçiriləcək sessiyada oktyabrın 1-də Fransa prezidenti Emmanuel Makron çıxış edəcək, sonra da Assambleya üzvlərinin suallarına cavab verəcək.

Sessiyada Krım tatarları, iqlim köçkünləri, Şərqi Avropada əmək miqrasiyası ilə bağlı məsələlər, Moldovada demokratik təsisatların yaranmasına dair hesabat, Şimali Makedoniya ilə monitorinqdən sonrakı danışıqlarla bağlı məsələlər müzakirə olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!