3 Sentyabr, 2019
Tədris ilinin başlama tarixi ilə bağlı AÇIQLAMA

2019-2020-ci tədris ilinin ilk dərs günü sentyabrın 16-da olacaq. Təhsil Nazirliyindən verilən məlumata görə, Bilik Günü - 15 sentyabr bazar gününə təsadüf etdiyi üçün tədris ilinin ilk günü 16 sentyabr hesab ediləcək. Bununla əlaqədar orta məktəblərdə dərslərin keçirilməsinə sentyabrın 16-dan başlanacaq.

Qeyd edək ki, Azərbaycanda tədris ili adətən 15 sentyabrda başlayıb, 14 iyunda başa çatır.

2019-2020-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 164 234 uşağın gedəcəyi gözlənilir. Onlardan 77 542-si qız, 86 692 nəfəri isə oğlandır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!