3 Sentyabr, 2019
Bu ərazilərdə qaz olmayacaq

Bu gün ölçü cihazlarının metroloji göstəricilərinin təftiş olunması ilə bağlı saat 11:00-dan 12:00-dək Binə kəndində qaz təchizatı dayandırılacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Həmçinin bildirilib ki, saat 12:00-dan 13:00-dək Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunun ərazisi və saat 14:00-dan 16:00-dək Hövsan qəsəbəsi və kəndində qaz təchizatı dayandırılacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!