2 Sentyabr, 2019
Kaliforniyada gəmi yanıb - 34 ölü

ABŞ-ın Kaliforniya ştatı sahillərində gəmidə yanğın baş verib. Hadisə nəticəsində 34 nəfər həlak olub. Los Anceles şəhərinin sahil-mühafizə xidməti bildirib ki, hadisə yerinə xilasedici briqadalar cəlb edilib. Heyət üzvlərindən bir neçə nəfəri xilas edilib. Gəmidə təxliyə işləri davam edir. Yanğının səbəbləri barədə hələlik məlumat verilməyib.(trend)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!